DÜNYA

Bank depozitlərə mənfi faiz dərəcəsi tətbiq edəcək – SENTYABRDAN
19 AVQUST
835

Bank depozitlərə mənfi faiz dərəcəsi tətbiq edəcək – SENTYABRDAN

2016-08-19 10:48:00

Almaniya banklarından biri iri əmanətçilərini qoyulan depozitlərin saxlanılması üçün ödəniş etməyə məcbur edib. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Raiffeisenbank öz müştərilərinə elan edib ki, bu ilin sentyabrından başlayaq depozitlərin saxlanılması üçün əmanətin məbləğindən illik 0,4% tutulacaq. Yenilik məbləği 100 min avro və ondan çox olan depozitlərə aiddir.

“Bizim qərarımızın əsasında o dayanır ki, pullar öz sahibləri üçün istənilən an əlçatan olmalıdır və biz həmin vəsaitlərlə işləyə bilmərik. Bu qorunan əmanətlərə və digər investisiya növlərinə aid deyil”, – deyə bankın sədri Cozef Pol bildirib.

Qeyd edək ki, bu əmanətlər üçün mənfi faiz dərəcəsi tətbiq edən ilk alman bankı deyil. Bunu Avropa Mərkəzi Bankının mənfi faiz dərəcələri siyasətinin məntiqi nəticəsi hesab etmək lazımdır. Avropa tənzimləyicisi 2014-cü ildən faiz dərəcələrini sıfırdan aşağı salıb. Düzdür, bankın rəhbəri Mario Draqi bu siyasətin sadə əhaliyə deyil, ancaq banklara təsir edəcəyinə vəd etmişdi. Ancaq banklar bu zərəri müştərilərinə ötürməklə məşğuldur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275