DÜNYA

Avrozonada infilyasiya artsa da, investorlar ehtiyyatlı davranırlar
19 AVQUST
184

Avrozonada infilyasiya artsa da, investorlar ehtiyyatlı davranırlar

2016-08-19 09:13:00

Avrozonanın inflyasiya səviyyəsi iyul ayında artsa da, avronun qiymətində güclü dalğalanma müşahidə olunmayıb.

Avropanın statistika mərkəzi "Eurostat"-ın cümə axşamı verdiyi məlumata görə, Avrozonanın istehlak qiymətləri iyul ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.2% artıb. Bu göstərici iyun ayında 0.1% idi və analitiklər də 0.2%-lik artımı proqnozlaşdırırdılar. 

Lakin aylıq qiymətlər gözlənildiyindən çox azalıb. Belə ki, istehlak qiymətləri indeksi iyul ayında iyun ayı ilə müqayisədə 0.6% azalıb. Analitiklər isə yalnız 0.5%-lik azalma gözləyirdilər. Bu səbəblə maliyyə bazarlarında illik qiymət artımına qarşı investorların mövqeyi ehtiyatlı olub, çünki cari il ərzində yanvar ayından sonra iyul ayında ilk azalma müşahidə olunur və bu, gələcəkdə illik göstəriciyə də mənfi təsir edə bilər.

Avronun qiymətində inflyasiya ilə bağlı məlumatların açıqlanmasından sonra güclü hərəkətlilik müşahidə olunmayıb. EUR/USD cütlüyü dünya maliyyə bazarlarında 1.1310$ ətrafında ticarət olunur.

Mənbə: İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271