DÜNYA

Dollar dünya bazarında ucuzlaşır
18 AVQUST
1374

Dollar dünya bazarında ucuzlaşır

2016-08-18 10:52:00

Çərşənbə günü Amerika sessiyasında FED-in iyul ayı üzrə toplantı protokolunun yayımlanmasından sonra dollar dünya birjalarında ucuzlaşmağa başladı. Dolların ucuzlaşması avro, funt sterlinq və digər valyutaların da bahalaşmasına təsir edib. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:30-da və 13:00-da müvafiq olaraq avro və funtun qiymətində güclü hərəkətliliyə səbəb ola biləcək iqtisadi məlumatlar açıqlanacaq. 

Dünən Bakı vaxtı ilə saat 22:00-da yayımlanan FED-in iyul ayının 26 və 27-si üzrə toplantı protokolunda üzvlərin gələcək faiz artımı ilə bağlı həmfikir olmadığı bildirilir. Üzvlər ayrı-ayırlıqda əmək bazarında cari vəziyyəti və istehlak qiymətlərinin inkişafını fərqli qiymətləndirirlər. Amerikada əmək bazarının və inflyasiyanın inkişafı FED-in pul-kredit siyasəti üçün önəmlidir. Bütün bunlar fonunda isə FED iyul ayında da faiz artımında tələsməməyi və iqtisadi inkişafı gözləməyi qərara almışdı. 

Protokolun açıqlanmasından sonra dollar indeksi 95.10 punktdan 94.39 punkta kimi 0.7% ucuzlaşıb və əlavə olaraq 93.90 və 93.25 punkta kimi ən azı 0.5% ucuzlaşa bilər. Beləliklə, avro/dollar cütlüyünün qiyməti də 1.1328$-a kimi bahalaşıb və qiymət əlavə olaraq, 1.1350 və 1.1370$-a kimi də bahalaşa bilər. Funt sterlinqin qiyməti də 1.3087$-a kimi bahalaşdığı kimi, əlavə olaraq 1.3135 və 1.3172$-a kimi dəyər qazana bilər. 

Bu gün isə dünya valyuta bazarlarında dollar, avro və funtun qiymətində güclü hərəkətliliyə səbəb ola biləcək önəmli iqtisadi məlumatlar açıqlanacaq. Bunlar Bakı vaxtı ilə saat 12:30-da və 13:00-da müvafiq olaraq yayımlanacaq Böyük Britaniyanın pərakəndə satış dövriyyəsi və Avrozonanın inflyasiya səviyyələri ilə bağlı göstəricilərdir. Avrozonanın illik inflyasiya səviyyəsində (0.2%) dəyişiklik gözlənilməsə də, Böyük Britaniyanın aylıq pərakəndə satış dövriyyəsində iyul ayında 0.2%-lik artım proqnozlaşdırılır. Hər iki göstərici proqnozlara uyğun açıqlanarsa, avro və funtun qiyməti bahalaşmaqla, dolların da qiymətini təzyiq altında saxlaya bilərlər.

EUR/GBP valyuta cütlüyünün texniki mənzərəsi ilə tanış olduqda, funtun qiymətində avroya nisbətən daha sürətli artım proqnozlaşdırılır. Avro/Funt sterlinqin qiyməti hal-hazırda 0.8664 funt ətrafında ticarət olunur. Cütlük üzrə qiymət son 3 ilin maksimum səviyyəsini yenilədikdən sonra eniş istiqamətində korreksiyaya başlaya bilər.

mənbə: İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272