DÜNYA

Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq – RUMİNİYADA
17 AVQUST
322

Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq – RUMİNİYADA

2016-08-17 18:29:00

Rumıniya hökuməti əhalinin kitab oxuması üçün maraqlı bir layihəyə imza atıb. Kluj-Napoka şəhər merinin yeni layihəsinə əsasən, yay mövsümündə nəqliyyatda kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq.

Fins.az publika.az-a istinadən bildirir ki, əhalinin kitaba olan marağını artırmaq təkcə bu təşəbbüslə bitmir. Çünki "Bookface" şirkəti də əhalini kitab oxumağa təşviq etmək üçün maraqlı addım atıb. Şirkətin şərtlərində bildirilir ki, "Facebook" hesabına kitabla çəkilmiş şəklini yerləşdirən hər bir sosial şəbəkə istifadəçisi ictimai iaşə obyektləri, kitab mağazaları və stomatoloji kabinetlərə güzəştlər əldə edəcək.
 
Hər il aprelin 23-də Kluj-Napoke şəhərində Ümumdünya Kitab Günü keçirilir. Həmin gün əlində kitab olan hər bir şəxs Nəbatat bağını pulsuz ziyarət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274