DÜNYA

Rusiya Rosneft-i özəlləşdirəcək
17 AVQUST
161

Rusiya Rosneft-i özəlləşdirəcək

2016-08-17 19:15:00

Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov, neft şirkəti Rosneftin özəlləşdirilməsinin Rusiya hökuməti üçün birinci prioritet olduğunu bildirib.

Şuvalov Rusiyanın paytaxtı Moskvada jurnalistlərin suallarını cavablandırıb.

Rosneftin ölkənin ən böyük neft şirkəti olduğunu qeyd edən Şuvalov, "Rosneftin özəlləşdirilməsi birinci növbədə, sonra Başneft-ə zaman gələcək",- deyib

Rusiyanın Baş naziri Dmitri Medvedev dünən verdiyi bəyanatda, Başneft-in özəlləşdirilməsinin irəli bir tarixə təxirə salınmasına qərar verildiyini ifadə etmişdi. Ölkənin altıncı böyük neft istehsalçısı olan Başneft-də, dövlətin 50%-lik payının təxminən 300 milyard rubla satışa çıxarılması gözlənilir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275