DÜNYA

İqtisadiyyatı necə dirçəltmək olar? – İSLANDİYA MÖCÜZƏSİ
17 AVQUST
417

İqtisadiyyatı necə dirçəltmək olar? – İSLANDİYA MÖCÜZƏSİ

2016-08-17 14:43:00

Bir müddət öncə adı iqtisadı krizisin sinonimi olmuş İslandiya, bu gün özünü digər inkişaf etmiş iqtisadiyyatlara sahib ölkələrdən daha yaxşı hiss edir. Bəs bunun səbəbi, sirri nədir? 

Bir qədər öncə islandiyalılar Baş nazirlərini istefaya göndərdilər və qarşıdangələn növbədənkənar seçkilərdə hakimiyyəti “Piratlar” partiyasına verəcəklərini söyləyirlər. 

Digər Avropa ölkələrində əhalinin ənənəvi partiyalardan daha çox sosial məsələlərə görə narazı olduqları halda, İslandiyada xalq mövcud qüvvədən narazıdır. 

Həddindən artıq xarici borclardan əziyyət çəkən aparıcı və priferik avrozona ölkələrindən fərqli, İslandiya öz xarici borcunun 61 milyard dollarlıq hissəsini bağlayaraq, 2006-cı ildəki təhlükəsizlik səviyyəsinə dönə bildi.

2008-ci ildə tarixinin ən böyük maliyyə böhranını yaşamış İslandiya bu gün yenidən artım və iqtisadiyyatının balıqçılıq, turizm və alüminium sənayesindən bərpaolunan enerji mənbələri və informasiya texnologiyaları sahəsinə difersifikasiya etməyə hazırdır. 

Ölkənin ÜDM göstəricilərinə görə dünya üzrə ən yüksək nəticələrdən birən malikdir və İslandiya Mərkəzi Bankının məlumatına görə 2016-2017-ci illərdə ÜDM-nın 4%  artacağı gözlənilir. Öz növbəsində bu nəticə avrozona və Böyük Britaniyanın artım göstəricilərindən 2 dəfə çoxdur. 

Nəhəng bankların iqtisadi böhranın əsas səbəbkarları olmasına baxmayaraq, İslandiya onların tənəzzülünə digər Avropa ölkələri kimi reaksiya vermədi, iqtisadçıların rəylərinin əksinə addım atdı. Ölkə öz milli valyutasının qiymətdən düşməsinə, dəyərini itirməsinə imkan verdi. Avrozona ölkələri üçün belə variant mümkünsüz idi. Bu zaman onlar “daxili devalvasiya” (əmək haqqı və qiymətlərin azaldılması) həyata keçirməli idilər. 

İslandiya borclar “meşəsindən itmiş”  böyük bankları özəlləşdirdi. Lakin dövlət yalnız struktur əhəmiyyətli şirkətləri xilas etdi. Bank kreditorlarının və digər xarici investorların pulu ölkədən çıxraması cəhtinin qarşısını almaq üçün kapitalın hərəkətinə nəzarət tətbiq olundu. Təqaüd (Pensiya) Fondu daxil olmaqla bütün yerli şirkətlərə xaricə investiya etmək qadanğan edildi. 

Vergi siyasəti

Mərkəzi Bank pul siyasətini ağırlaşdırdı. 2009-cu ildə faiz dərəcələri pik həddə 18% çatdı və bu gün üçün dərəcə 5.75% göstəricisində dayanıb. Böyük Britaniya, avrozona ölkələri və ABŞ mərkəzi bankları isə bunun əksini etdilər. Dərəcələri 0-a qədər endirib, asanlaşdırılmış kəmiyyət siyasətinə keçdilər. Avropada sürətlə yayılna ağır qənaət metodlarına cavab olaraq, İslandiya iqtisadi və sosial gərginliklərlə mübarizəni vergi siyasətinə üzərinə qoydu. Dövlət pulları bir qayda olaraq borcların bağlanmasına yönləndirdi. Bunun nəticəsi kimi istehlak xərclərinin qorunması iqtisadiyyatın bərpasına kömək etdi.

Nobel laureatı, iqtisadçı Pol Kruqman İslandiyanın metod və nəticələri ilə tanış olandan sonra elmi-fəlsəfi işlərdən ayrılaraq, ölkənin əsl uğurlu iqtisadi model tətbiq etdiyini söylədi. Bunun nəticəsi olaraq “tərki-dünya yaşayan” İslandiya iqtisadi böhrandan qat-qat az əziyyət çəkmiş avrozona ölkələrindən daha sürətlə bərpa oldu. Hətta çılğın siyasi təşəbbüsləri ilə məhşur İrlandiya belə “kəmər sıxma siyasəti”ni (ağır qənaət) tətbiq edir. 

Tənqidçilərin İslandiyanın uğurğlu iqtisadi modelinə qarşı yeganə güclü arqumenti odur ki, ölkə belə sürətli bərpasını 2008-ci ilin noyabrından tətbiq ediən “kapitalın hərəkətinə nəzarət” proqramına borcludur. Bu “əjdaha qanundan” imtina yenidən iqtisadiyyata ağır zərbə vuracaq, lakin onun davam etdirilməsi də yaxşı nəticə verməyəcək. 

İmkan düşən kimi xarici investorlar öz vəsaitlərinin qaytarılması ilə məşğul olacaqlar. Bu halda əhali və biznes sahələrinin qeyri-bank və prespektivli layihələrə belə kredit əldə etməsi çətinləşəcək. Tənqidçilərin fikrinə görə: “Ölkə daxilindəki investorlar digər çıxış yolu olmadığından turizm və fond bazarına üz tutacaqlar. Nəticədə adı çəkilmiş bazarlarda çoxluq krizisi yaşanacaq və bu da öz növbəsində digər problemlərə gətirib, çıxacaraq”. 

İslandiya kimi kiçik sənaye bazası, əsası balıqçı və balinalara nəzarət edənlərdən ibarət ölkə üçün 8 il tətbiq olunan “kapitalın hərəkətinə nəzarət” proqramından imtina çox çətindir. Ona görə də tənqidçilər qeyd edirlər ki, nəzarət ləğv olunan kimi böhran nağılı yenidən başlayacaq. 

Bunun nəticəsində xarici vəsaitlərin azalması ilə İslandiyanın milli valyutası dəyərini tam itirəcək. Pulu dəstəkləmək üçün faiz dərəcələri artacaq (bu investiyaların tam boğulması deməkdir), idxalın bahalaşması isə maksimal dərəcədə böyük inflyasiya ilə nəticələnəcək. Zəifləyən milli valyuta ilə ölkə xarici borcunun xırda qalıqlarını belə ödəyə bilməyəcək. 

Bir ölkədə Kapitalizm

Praktiki olaraq deyə bilərik ki, İslandiya ayrılıqda duran bir qızıl qəfəsdə qüdrətli iqtisadiyyatı bərpa edib. O mənadaki artıq qəfəsdən çıxmaq, qızılı əridib, satmaq vaxtıdır. Devalvasiyadan sonra özəlləşdirilmiş bankların aktivlərinin dəyərinin qayıtması xarici borcun azalmasına dəstək oldu. İslandiya xarici borcun qalıqlarının öhtəsindən  “kapitalın hərəkətinə nəzarət”in qaldırılmasından sonra ölkənin milli pulu olan kronanın yenidən dəyərini itirdiyi halda belə gələ biləcəyini düşünür.

Bu avrozona və əsas da Yunanıstanla mövcud əsas fərqdir. Axırıncısı hələ də kreditorlardan borc ağırlığının azaldılmasını xahiş edir.

Valyuta krizisinin ehtimalı mövcud əməliyyatların göstəriclərinə (ölkəyə gələn pul ölkədən gedən puldan çox) və xarici investorların ümumiyyətlə İslandiyaya maraqlarına görə azalır. Ölkə onları yüksək faiz dərəcələri, artım prespektivləri və investisiya imkanları ilə cəlb edir. Yerli əhali və şirkətlər əksər hallarda böyük və dəyəri milyonlarla ölçülən bir şirkətin həmsahibi ola bilər. Çünki bir çox borclar ölkə tərəfindən ödənilib, gəlirlər isə sürətlə artır.

Əhalisi cəmi 300 min olan, unikal təbii sərvətlərə malik bir ada qaydalardan kənar səslənsə də, İslandiyanın təəccüblü renessansı klassik iqtisadi teoremlərin heç də hər zaman qüvvədə olmyacağının sübutudur. Nəyinki tək Kruqman, BVF belə bu Skandinaviya eposundan lazımı dərslərini götürdü. İndi BVF onun köməyindən istifadə etmək üçün kapital tam azad hərəkət etməsini bir şərt kimi təqdim edir.

Piratlar özəlləşdirmirlər

Bu ilkin baxışdan inanılmaz inkişaf və uğura siyasət tərəfi “soğan doğrayır”. İqtisadiyyatın bərpasının dalında İslandiyanın Sosial-demokratlar, “Azadlıq”, Proqresistlər  və Yaşıllar partiyasının koalisiyası durub. Ancaq deyəsən islandiya seçiciləri daha nə iqtidara nə də müxalifətə inanmır, 2012-ci ildə demokratiya və informasiya azadlığına dəstək məqsədi ilə təsis edilmiş “Piratlar” partiyası son sorğuların lideridir. Respondentlərin 40% bu partiyaya səs verməyə hazır olduqlarını bildiriblər. Bu payız növbədənkənar seçkilər zamanı da eyni nəticə olsa “Piratlar” formalaşacaq istənilən hökumətə rəhbərlik edəcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272