DÜNYA

Pan Qi Mun: “BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib”
16 AVQUST
93

Pan Qi Mun: “BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib”

2016-08-16 09:22:00

“Şəxsən mən istərdim ki, bundan sonra BMT-yə qadın rəhbərlik etsin”.

Fins.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibi Pan Qi Mun bəyan edib.

“BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib. Lakin bu məndən asılı deyil”, deyə Pan Qi Mun bildirib.

Qeyd edək ki,  Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. BMT Təhlükəsizlik Şurası yeni baş katibin namizədliyini Baş Assambleyaya tövsiyə etməlidir.

Hazırda BMT baş katibi postuna 5-i qadın olmaqla 11 nəfər namizəddir. Bağlı qapılar arxasında keçiriləcək seçkilərin üçüncü turu avqustun 29-a təyin olunub. İlk iki raund iyulun 21-i və avqustun 5-də baş tutub. Məlumatlara görə, seçkilərdə  Portuqaliyanın sabiq baş naziri, 2015-ci ilədək BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı olmuş Antoniu Qutyerreş liderlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275