DÜNYA

Özəl sektorun xarici borcu artdı
15 AVQUST
268

Özəl sektorun xarici borcu artdı

2016-08-15 17:27:00

Türkiyədə özəl sektorun xaricdən aldığı uzun müddətli kredit borcu ötən 6 ayda 12.5 milyard dollar artaraq 208 milyard dollara yükselib.

Mərkəzi Bankın göstəricilərinə görə, 2015-ci ilin sonuna bankların kredit borclanmaları 2.1 milyard dollar artıb.

Eyni vaxtda banklar xaric, maliyyə təşkilatlarının kredit formasındakı borclanmaları 524 milyon dollar azalarkən, təhvil fondu 773 milyon dollar artaraq 4.2 milyard dollar səviyyəsində reallaşdı. Həmçinin qeyri-maliyyə təşkilatlarının kredit formasındakı borclanmaları 8.3 milyard dollar yüksəldi.

İyun sonunda özəl sektorun xaricdən təmin etdiyi qısa müddətli kredit borcu əksinə 1.4 milyard dollar azalaraq 19.1 milyard dollar oldu.

Özəl sektorun xaricdən təmin etdiyi ümumi kredit borcunun bir il ərzində  əsas ödənişlərinin ümumi həcmi isə 72.7 milyard dollar məbləğində müəyyən edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275