DÜNYA

Böyük Britaniyanın AB-dən ayrılması vaxtı uzana bilər
15 AVQUST
93

Böyük Britaniyanın AB-dən ayrılması vaxtı uzana bilər

2016-08-15 11:32:00

Böyük Britaniyanın Avropa Birliyindən 2019-ci ilin sonunda ayrılması ehtimalı getdikcə artır.

Artıq təqribən BREXIT qərarından sonra 2 həftə keçib, lakin hələ də Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı dəqiq plan yoxdur.

Böyük Britaniya mətbuatına əsasən, Böyük Britaniya Avropa Birliyindən əksər siyasətçilərin gözlədiklərindən daha gec ayrıla bilər: 2019-ci ilin əvvəlində ayrılması ilə yanaşı 2019-ci ilin sonunda ayrılması ehtimalı artıq getdikcə aktuallığını artırır. Ölkənin "Sunday Times" qəzetinin bəzi daxili məlumatlara görə, buna səbəb BREXIT üçün hazırlanan qurum hələ işlərə başlaya bilmir. Digər tərəfdən isə London höküməti Avropadan ayrıldıqdan sonra kənd təsərrüfatı və Universitetlərdə illik subvensiyalarda (5.2 milyard avro) yarana biləcək boşluqları dövlət maliyyəsi ilə doldurmaq istəyir.

Mənbə: invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275