DÜNYA

Rusiya rublu bahalaşacaq – JP MORGAN
12 AVQUST
570

Rusiya rublu bahalaşacaq – JP MORGAN

2016-08-12 15:05:00

ABŞ-ın "JP Morgan Chase" bankının mütəxəssisləri bu ilin sonuna qədər Rusiyada ABŞ dollarının məzənnəsinin 61,36 RUS/USD-yə qədər ucuzlaşacağını gözləyirlər. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Məlumata görə, hazırda birjalarda 1 dollar 64,7 rubla bərabərdir. Başqa sözlə, "JP Morgan" yaxın 4,5 ay ərzində Rusiya rublunun təxminən 5% bahalaşağını proqnozlaşdırır. Halbuki, "Bloomberg"in analitiklər arasında keçirdiyi sorğu zamanı rublun dollar qarşısında dəyərinin daha 3% itirəcəyi ilə bağlı proqnoz verilib.

Bu ilin əvvəlindən Rusiya milli valyutası 14% bahalaşıb. Rusiyada dollar yanvar ayında rekord həddə - 86 rubla qədər bahalaşıb, sonra isə Amerika valyutası ucuzlaşmağa başlayıb. Bu baxımdan rubl inkişaf etməkdə olan ölkələrin valyutaları arasında Braliziya realından və Cənubi Afrika randından sonra ən yaxşı dəyər qazanma göstəricisi nümayiş etdirib.

"Rubl iqtisadiyyatı inkişaf edən ölkələrin milli pulları arasında lider ola bilər", - deyə "JP Morgan Chase"in inkişaf etməkdə olan bazarlar üzrə analitiki Səəd Səddiki bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272