DÜNYA

Türkiyə ilə Rusiya dollardan imtina etdi
11 AVQUST
9594

Türkiyə ilə Rusiya dollardan imtina etdi

2016-08-11 15:54:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladmir Putin ilə görüşünün ardından Rusiyadan qayıdışı zamanı təyyarədə jurnalistlərə müsahibə verib. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Prezidentə verilən suallardan biri də iki ölkə arasında ticarətdə dollar əvəzinə Türk Lirəsi ilə Rubl istifadə edilməsinə dair olub.

Ərdoğan, "Əlbəttə müsbət təsiri olacaq. Məlumdur, sadəcə səyahətə görə dollar 3 lirə səviyyəsindən aşağı düşdü. Alış-verişləri rubl və TL ilə aparsaq daha da faydalı olar.Belə bir vəziyyətdə məsələn, dollar daha da düşər. Valyuta repressiyasından, məzənnə təzyiqindən xilas olmuş olarıq. Həm Rusiya qazanacaq, həm biz qazanacağıq. Onun üçün bu çox mühümdür. Həqiqətən gecikdirdik, həll etməyimiz lazımdır" deyə bildirib.

Qeyd edək ki, ticarətdə Tütk lirəsi və Rubldan istifadə edilməsi təklifilə Rusiya Prezidenti Vladimr Putin çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274