DÜNYA

Çin qaz idxalını 5 dəfə artırır
11 AVQUST
121

Çin qaz idxalını 5 dəfə artırır

2016-08-11 11:44:00
2030-cu ildə Çin qaz idxalını 190–270 milyard kub metrə qədər artıracaq. Habuki, 2015-ci ildə bu rəqəm cəmisi 53 milyard təşkil edirdi. Fins.az bu barədə ТАСС agentliyinə istinadən məlumat yayıb. 
 
"Qaz idxalını artırmaqla Çin daha ekoloji təmiz enerji mənbəyinə keçid edəcək. Bu proses ölkənin sənaye sektorunun transformasiyası və iqtisadi islahatlar üçün çox vacibdir", — deyə məlumatda vurğulanır. 
Bildirilir ki, Çinə qaz idxalının yüksəldilməsinin səbəblərindən biri Pekin ilə Vaşinqton arasında əldə olunan razılıqla bağlıdır. Belə ki, tərəflər qarşıdakı 20 il ərzində istilik qazlarının ətraf mühitə atılması üzrə göstəriciləri üç dəfə azaltmağı öhdəlik götürüblər.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272