DÜNYA

Türkiyədə içərisində 1 ton partlayıcı olan mikroavtobus saxlanılıb
11 AVQUST 2016
165

Türkiyədə içərisində 1 ton partlayıcı olan mikroavtobus saxlanılıb

2016-08-11 10:39:00

Türkiyə KİV-lərinin məlumatına görə, ölkənin Bitlis vilayətinin Tatvan rayonunda içərisində 1 ton partlayıcı olan mikroavtobus saxlanılıb.

Təhlükəsizlik qüvvələri ələ keçirilən avtomobilin iki saxta nömrə ilə idarə olunduğunu müəyyən ediblər. Terrorçular diqqəti yayındırmaq üçün mikroavtobusun üstündə Türkiyə bayrağını dalğalandırıblar. PKK-ya məxsus mikroavtobusdakı partlayıcı balonların zərərsizləşdirildiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7238
  • € EUR
    1.8536
  • ₽ RUB
    0.0304