DÜNYA

400 milyon dollarlıq investisiya yatırımı
10 AVQUST
304

400 milyon dollarlıq investisiya yatırımı

2016-08-10 11:20:00
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və Rönesans Holding investisiya razılaşması imzaladılar. Razılaşmaya əsasən, ümumilikdə 400 milyon dollar investisiya yatırımı nəzərdə tutulur. 
 
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlər razılaşma çərçivəsində səhiyyə, tikinti, infrastruktur, ticarət və daşınmaz əmlak sektorları prioritet olmaqla ilkin mərhələdə 200 milyon dollar yatıracaq.  
 
Qeyd edək ki, razılaşma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı əldə olunub. 
 
Ehtiyat kapitalı təxminən 10 milyard dollar olan RDIF, 2010-cu ildə Rusiya dövlətinin xarici firmalarla ortaq investisiyalar etməsi məqsədilə qurulub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272