DÜNYA

FED pul siyasəti üzərində nəzarətini itirməyə başlayıb
10 AVQUST
1545

FED pul siyasəti üzərində nəzarətini itirməyə başlayıb

2016-08-10 09:48:00
FED faiz artırımı üçün ABŞ iqtisadi qurumlarından statistikaları gözlədiyi bir vaxtda, bazardan gələn siqnallar borclanma səviyyəsinin yüksəldiyini göstərir. 
 
Bloomberg jurnalının analitiki Mark Gilbert dollar libor ilə FED-in faiz siyasətini təhlil edərək, FED-in pul siyasəti üzərində nəzarətini itirməyə başladığı qənaətinə gəlib.  
 
FED-in son yığıcağı zamanı da faiz artırımına getməməsinin səbəblərini araşdıran ekspert bu ətalət halının bir müddət davam edəcəyi fikrindədir: "FED-in faizləri sabit buraxacağı daha realdır". 
 
Bankaların bir-biriləri arasındakı borclanmada istifadə etdikləri faiz dərəcəsi olan libor yüzdə 0,80 həddinə qədər yüksəlsə də, FED-in faiz nisbəti siyasəti üzrə göstəricisi yüzdə 0,50 səviyyəsindədir.  
 
Gilbert, iki nisbət arasında fərqin çoxalma meylinin davam etdiyi halda FED-in buna qarşı tədbirə əl atacağını ehtimal edir.  Ekspert mərkəzi bankların faiz dərəcələrini təyin etmə prosesinin xaricində qalmasından məmnunluq duyacaq bir çox bazar oyunçusu olduğunu da vurğulayır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272