DÜNYA

Dünyanın ən isti şəhəri
09 AVQUST
394

Dünyanın ən isti şəhəri

2016-08-09 09:34:00

Şimali Hindistanda yerləşən Phalodi şəhəri hazırda çox isti hava dalğasının təsiri altındadır və temperaturlar bu həftə 51 dərəcəni göstərərək ölkə rekordunu qırıb.

Ötən il isti hava Hindistanda minlərlə insan həyatına son qoyub. Bu dəfə də insanlar həmin fəlakətin yenidən təkrarlanmasından qorxur. Hökumət eyni hadisənin təkrarlanmaması üçün ciddi tədbirlər görməyə başlayıb.

Dünyanın ən isti 10 ölkəsi sırasında Hindistan ilk yeri tutur. Bu ölkədəki istilik Cənubi Avstraliyada 1960-ci ildə baş verən və Okeaniyanın rekordu sayılan 50.7 dərəcə temperaturu geridə qoyur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272