DÜNYA

​Rusiyada istehlak qiymətləri aşağı düşüb
05 AVQUST
84

​Rusiyada istehlak qiymətləri aşağı düşüb

2016-08-05 09:35:00

Rusiyada 25 iyul-1 avqust dövründə son 5 ildə ilk dəfə olaraq deflyasiya qeydə alınıb. Fins.az-ın Banker.az-a istinadən xəbərinə görə, istehlak qiymətlərində bundan əvvəlki son azalma 2011-ci ilin sentyabrında baş verib. 

Əsas azalma meyvə-tərəvəz məhsullarında müşahidə olunub. Rusiya Mərkəzi Bankının rəhbəri E.Nabiullinanın “Kommersant” qəzetinə verdiyi müsahibədə avqustun sonu-sentyabrın əvvəlində deflyasiyanın mümkünlüyündən bəhs edərək bildirib ki, ərzaq məhsullarının qiymətində azalma bu il əvvəlki illərə nisbətən erkən başlayıb. Məhz bu səbəbdən mövsümi amillərə əsaslanan deflyasiyanın tarixi bir qədər əvvələ təsadüf edə bilər. Rusiya Bankının rəhbəri həmçinin 2016-cı ilin yekununda ölkədə inflyasiyanın 5-6% hədəfindən kənara çıxmayacağını xatırladıb.

Yerli analalitika qrupu Report hesab edir ki, Rusiyada istehlak qiymətlərinin aşağı düşməsi həm də rublun möhkəmlənməsi və pul kütləsinin azalması ilə əlaqədardır. İdxal qiymətlərindəki artıma baxmayaraq pul kütləsindəki azalma nəticəsində inflyasiyanın aşağı səviyyədə olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Rusiya Bankı bir neçə gün əvvəl ölkədə iqtisadi fəallığı tələb deyil, təklif amilindən qaynaqlandığını bildirərək öz narahatlığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272