DÜNYA

Starbucks bankları keçdi
04 AVQUST 2016
236

Starbucks bankları keçdi

2016-08-04 19:34:00

ABŞ-ın məşhur qəhvəxana şəbəkəsi Starbucks-ın öncədən yükləməli pul kartlarına yüklənən pulların miqdarı ABŞ-dakı bəzi banklardakı cəmi əmanəti keçib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Yəni qəhvə həvəskarlarının müxtəlif kampaniyalardan istifadə etmək və ya dostlarına hədiyyə vermək üçün istifadə etdikləri "sədaqət kartı"nın cəmi məbləği Fedaral banklarla yarışır.

ABŞ və Kanadadakı müştərilərin 41%-i içkiləri pul yüklədikləri Starbucks kartları ilə satın alır. Starbucks-ın bu iki ölkədəki 12 milyon müştərisinin kartlarında cəmi 1,2 milyard dolları var. Bu rəqəm Customers Bank-dakı 780 milyon dollar məbləğində əmanətdən çoxdur. Green Dot-da isə qəhvə nəhənginin yarısı qədər, 560 milyon dollar əmanət var.

Məşhur ödəmə sistemi Paypal-ın belə kartlarında ümumilikdə 13 milyard dollarlıq bir vəsait olduğu nəzərə alınarsa Starbucks-dakı qəhvə ön ödəmələrinin məbləği yaxşı fikirlər verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267