DÜNYA

Funt-sterlinq faiz endirimindən dərhal sonra düşdü
04 AVQUST
437

Funt-sterlinq faiz endirimindən dərhal sonra düşdü

2016-08-04 16:05:00

Funt-sterlinq, İngiltərə Mərkəzi Bankının (BOE) 2009-cu ilin Mart ayından bu yana ilk dəfə faiz endiriminə getməsilə dəyərdən düşüb.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, BOE, Brexit referendumundan sonra Böyük Britaniya iqtisadiyyatını dəstəkləmək üçün atılan təşviq addımları çərçivəsində, Cümə günkü toplantısında faiz endiriminə gedib.

Eləcə də bax: Böyük Britaniya Mərkəzi Bankı faizi endirdi

Funt-sterlinq, doqquz üzvü olan Pul Siyasəti Komitəsinin faizləri 25 faiz bəndi endirmək istiqamətində yekdilliklə verdiyi qərardan sonra 16 mühüm pulun hamısı qarşısında dəyər itirib.

BOE faizləri rekord aşağı səviyyə olan 0.25%-ə salmış oldu. BOE Sədri Mark Carney və mərkəzi bank rəsmiləri, dörd ildən bu yana ilk dəfə aktiv (qiymətli kağız) alışı hədəfini artırıb. 375 milyard funt-sterlinq səviyyəsində olan aktiv alışı proqramı, 60 milyard funt-sterlinq (79 milyard dollar) artırılaraq 435 milyard funt-sterlinqə yüksəldilib. 

Sözügedən faiz qərarı, Bloomberg-in sorğusuna qatılan iqtisadçı gözləntilərini qarşıladı. Sorğuda iştirak edən 52 iqtisadçının ikisi istisna olmaqla hamısı faiz endirimi nəzərdə tutarkən, əksəriyyət 25 bənd endirimolacağını təxmin edirdi. 

Funt-sterlinq 1.5 faiz düşərək 1.3131 dollar səviyyəsindən əməliyyat olunub. Funt-sterlinq, avro qarşısında 1% zəifləyərək 84.53 pence (peni) səviyyəsinə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272