DÜNYA

ABŞ-ın yeni prezidenti kim olacaq? - BİRJA İNDEKSİ PROQNOZU
04 AVQUST
275

ABŞ-ın yeni prezidenti kim olacaq? - BİRJA İNDEKSİ PROQNOZU

2016-08-04 15:50:00

ABŞ-da prezident seçkisi kampaniyası qızışdıqca, onun nəticələri ilə bağlı prqoqnozlar da artır. Xatırladaq ki, hazırda ABŞ prezidentliyi uğrunda ölkənin iki əsas partiyasından iki namizəd mübarizə aparır. Bunlar qalmaqallı milyarder Donald Tramp və keçmiş dövlət katibi Hillari Klinton mübarizə aparırlar. 

Gələcək prezidentin kim olacağı ilə proqnoz və sorğulara yeni proqnoz əlavə edilib. «S&P Global Market Intelligence» şirkətinin analitiki Sem Stovalli ABŞ-da prezident seçkiləri nəticəsini proqnozlaşdırmaq üçün hər kəsi klassik sosial sorğuları unutmağa və bütün diqqəti fond birjalarına yönəltməyə səsləyir. «CNN»nin «S&P»-nin Stovalli tərəfindən hazırlanmış hesabatına istinadən verdiyi məlumata görə seçkilərin nəticəsi investorların fikrindən asılıdır. 

«S&P» ekspertləri bu araşdırmanı aparmaq üçün son 72 ilin tarixi məlumatlarını: səsvermə ərəfəsində indekslərin dəyişməsi və səsvermənin nəticələri  araşdırılıb.

Əsas üçün baza göstəricisi kimi «S&P 500» indeksi (bu kotirovka ABŞ ən böyük 500 şirkətini göstərir) götürülüb.

Təhlil göstədi ki, əgər seçkilərdən 3 ay qabaq «S&P 500» indeksi artıbsa, 82% hallarda hakim partiya qalib gəlir. Seçkilərdən 3 ay qabaq indekslərin düşdüyü zaman 86% hallarda opponentlər hakimiyyətə gəliblər. 

Müşahidələrin tarixi boyu (17 seçki kampaniyası) cəmi üç istisna qeydə alınıb: Süveyş böhranı fonunda kotirovkaların düşməsinə baxmayaraq Duayt Eyzenhauerin öz vəzifəsində qalması, 1968-ci ildə (Riçard Niksonun qalibiyyəti) və 1980-ci ildə (Ronald Reyqanin qalibiyyəti). Analitiklərin fikrinə görə bu istisnalara səbəb 3-cü partiyalardan çıxış edən güclü namizədlər olublar. 

Eyni zamanda analitiklər xəbərdarlıq edirlər ki, göstərilən məntiqə əsaslanaraq, ABŞ-da indi mövcud seçki kampaniyasını eyni formada qiymətləndirmək olmaz. Çünki bu dəfə ABŞ prezidenti vəzifəsinə 3-cü namizədin, Liberal partiyasının lideri Henri Consun da təsiri var. Sorğuların nəticəsinə görə seçicilərin 13% ona səsverməyə hazırdılar. Hal – hazırda «S&P 500» indeksi Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq haqqında referendumdan sonra nəzərə çarpan geriləmədən sonra tarixi maksimumuna yaxınlaşır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272