DÜNYA

Avropa banklarının 150 milyard avroya ehtiyacı var
28 İYUL
146

Avropa banklarının 150 milyard avroya ehtiyacı var

2016-07-28 16:04:00
"Deutsche Bank" ın rəsmisi David Folkerts Landau, Avropada xüsusilə İtaliyada problem yaşayan bankların yenidən sərmayələndirilməsi üçün təcili olaraq 150 milyard avroya ehtiyac olduğunu bəyan edib. 
 
Welt am Sonntag qəzetinə verdiyi açıqlamada Landau Avropanı "xəstə" adlandırıb və onun vəziyyətinə təcili müdaxilə etməyin vacibliyini vurğulayıb. 
 
İtalyan banklarında problemli kreditlərinin 360 milyard avroya çatması problemin ciddi səviyyəyə yüksəldiyini göstərir. Nominal bazarda İtaliyanın 1,7 trilyon avroluq bir iqtisadiyyata malik olduğu məlumdur, bununla belə bank sistemində problemli kreditlərin artımı artıq "SOS" vəziyyətindir. 
 
Bununla birlikdə Deutsche Bank rəsmisi 2008-ci ildəki kimi bir böhran gözləmədiyini də açıqlayıb.
 
Qeyd edək ki, bankların vəziyyəti ilə bağlı nəticələr reytinq agentliklərini də hərəkətə keçirib. Bloomberg-in  500 Avropa maliyyə quruluşunu əks etdirən indeksi bu il 33% geriləmə göstərdi. İndeks bugün son 7 ilin ən aşağı səviyyəsinə qədər gerilədi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270