DÜNYA

İran 20 ildən sonra qiymətli kağızlar bazarına çıxır
28 İYUL
146

İran 20 ildən sonra qiymətli kağızlar bazarına çıxır

2016-07-28 15:48:00

Beynəlxalq sanksiya yükünü çiyinlərindən atdıqdan sonra iqtisadiyyatını toparlamaqüçün yollar axtaran İran, 2002-ci ildən bəri ilk dəfə beynəlxalq qiymətli kağızlar bazarına girməyə hazırlaşır. 

İqtisadiyyat naziri Əli Tayebnia bildirib ki, yaxın gələcəkdə ölkəsinin kredit reytinqini yaxşılaşdırmaq əsas prioritetlərdən biridir. Bu vəziyyət, istiqraz və digər qiymətli kağızlar üzrə investorların diqqətini cəlb etmək üçün əhəmiyyətli bir addım ola bilər. Tayebina, bütün kredit agentlikləri ilə görüşdüklərini deyib. 

İranlı nazir, dövlət istiqrazlarının dövriyyəyə buraxılması üçün işlərin davam etdiyini söyləyib, ancaq qlobal bazara çıxarılacaq məbləğ barədə açıqlama vermək istəməyib.

Tayebnia"hələ də böyük banklarla çətinliklər yaşayırıq. Ancaq bu problemlər zaman içərisində pilləli olaraq həll ediləcək",- dedi.

"FITCH"İrana getdi

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə (BVF), İran sonuncu dəfə 2002-ci ildə istiqraz buraxmışdı. İran Mərkəzi Bankı sədrinin müavini Akbar Komijani, "Fitch"Reytinq Agentliyinin iqtisadi qiymətləndirmə aparmaq üçün İrana səfər etdiyini vurğulayıb.

Qeyd edək ki, 2008-ci ildə Fitch, İranın ən aşağı -dördüncü səviyyə olan "B +"səviyyəsini belə  geri çəkmişdi. Eyni şəkildə Moody's da2002-ci ildə "B2" dərəcəsini geri almışdı. 

YEDDİ AYDA 45 milyard dollarlıq razılaşma

İranlı səlahiyyətlilər, sanksiyaların qalxdığı yanvar ayından bu yana daha çox məşğulluq yaratmaq və iqtisadi inkişafa nail olmaq məqsədilə müxtəlif maliyyə qaynaqlarına müraciət edirlər.

İqtisadiyyat naziri Tayebnia, yeddi ayda bir çox ölkə ilə 45 milyard dollar dəyərində razılaşmalara imza atdıqlarını açıqlayıb. 

10 ay sonra vəzifə müddəti bitəcək İran prezidenti  Həsən Ruhaniyə yaxın hesab olunan  Tayebnia, 2017-ci ilin martında ümumi daxili məhsulun yüzdə 5 nisbətində artacağını söyləyib.

Xatırladaq ki, Tayebnianın vəzifəyə gəldiyi 2013-ci ildə hiper inflyasiya yaşayan İranda inflyasiya səviyyəsi də son 25 ildə ilk dəfə olaraq tək rəqəmli həddə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272