DÜNYA

Türkiyədə 51 mindən çox işçi qovulub
28 İYUL
175

Türkiyədə 51 mindən çox işçi qovulub

2016-07-28 11:15:00

Dövlət çevrilişinə cəhd sonrası 51 min 332 nəfər işdən çıxarılıb. Əmək və Sosial Müdafiə Nazirliyi başda olmaqla iqtisadiyyatla əlaqədar təşkilat və müəssisələrin  5 min 412 əməkdaşı sorğuya cəlb olunub.

Baş nazirlik, Xarici İşlər Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, İnkişaf Nazirliyi, Diyanət İşləri Başçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Ailə və Sosial Siyasətlər Nazirliyi, Elm, Sənaye və Texnologiya Nazirliyi, TÜRKSAT AŞ, İqtisadiyyat Nazirliyi, Milli Təhsil Nazirliyi (MEB), Qida Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Türkiyə Statistika Təşkilatı (TÜİK), Özelleşdirme İdarəsi Başkanlığı (ÖİB), Baş nazirlik Toplu Mülk İdarəsi (Toki), Dövlət Hava meydanları işlətməsi (DHMİ) Ümumi Müdirliyi, Tütün və Spirt Bazarı Tənzimləmə Təşkilatının da olduğu bir çox ictimai qurum və təşkilatlarda xeyli insan vəzifələrindən uzaqlaşdırıldı.

Əmək və Sosial Müdafiə Nazirliyi ilə bağlı təşkilat və müəssisələrdən 1180, Mədəniyyət və Turizm Nazirliyində 110, Qida Əkinçilik və Heyvandarlıq Nazirliyi ilə bağlı təşkilatlardan 673 adam işdən qovulub.

Meşə və Su İşləri Nazirliyində bu gün 24 adam vəzifədən uzaqlaşdırılıb. 15 iyuldan bu günə qədər isə bu qurumdan çıxarılanların sayı 221-ə çatıb.

Gömrük və Ticarət Nazirliyində 184, Maliyyə Nazirliyindən 1500, Bank Tənzimləmə və Nəzarət Təşkilatında (BDDK) 86, Enerji və Təbii Qaynaqlar Nazirliyində 300, Enerji Bazarı Tənzimləmə Heyətində (EPDK) 25, Birja İstanbulda (BIST) 51, Sərmayə Bazarı heyətində ( SPK) 36 adam işsiz qalıb.

Həmçinin Gənclik və İdman Nazirliyi ilə bağlı təşkilat və qurumlardam 265 nəfər vəzifədən uzaqlaşdırılıb. 

Xarici İşlər Nazirliyindən səfirlər Gürcan Balıq və Tuncay Babalı vəzifəsindən azad olunub.

Diyanət İşləri Başkanlığına daxil olan qurumlardan 1112 əməkdaş işini itirib.

Ekologiya və Şəhərsalma üzrə Nazirliyin daha 97 əməkdaşı işdən qovulub və ümumilikdə bu rəqəm 167-yə çatıb.

Ailə və Sosial Siyasətlər Nazirliyində ümumi işdən qovulanların sayı 599 oldu. TOKİ Başkanlığında isə vəzifəli 22 əməkdaş işdən qovuldu.

MEB-də mərkəz və əyalət təşkilatında vəzifə tutan 21 min 738 personal və 21 min 29 müəllim də FETO ilə əlaqəli işdən çıxarılıb.  Beləcə, MEB-də vəzifədən uzaqlaşdırılan əməkdaşların sayı 42 min 767 nəfər oldu.

Milli Müdafiə Nazirliyində 262 hərbi hakim və prokuror vəzifədən uzaqlaşdırıldı.

Ankara Universitetində vəzifəli 4 təhsil işçisi ilə Bülent Ecevit Universitetində 20-si müəllim 11-i inzibati personal olmaqla 31 nəfər işdən qovuldu.

TRT kanalında 300, RTÜK-də müxtəlif unvanlardakı 29 personal vəzifələrindən uzaqlaşdırıldı. 

İnkişaf Nazirliyində 82 nəfər, Elm, Sənaye və Texnologiya Nazirliyi ilə əlaqəli müəssisələrində 560, İqtisadiyyat Nazirliyində 15, TÜİK-də 21, Sayıştay-da 108 əməkdaş iş yerini itirib.

TÜRKSAT AŞ-də 29 nəfərin iş əqdləri ləğv edildi. 

Xəzinə İdarəsində 2 baş direktor, bir baş direktor köməkçisi və 5 dairə başçısı daxil olmaqla 62 nəfər işdən uzaqlaşdırılıb. Nəqliyyat, Dənizçilik və Kimlik Nazirliyində 529 vəzifəli şəxs iş yerini itirib. İqtisadiyyatla əlaqədar nazirliklərdən qovulan ictimai vəzifəli işçilərin sayı isə 5 min 412-yə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270