DÜNYA

DESFA-nın özəlləşdirilməsi üzrə yekun qərar gözlənilir
27 İYUL
204

DESFA-nın özəlləşdirilməsi üzrə yekun qərar gözlənilir

2016-07-27 12:44:00

Yunanıstanın qazpaylayıcı operatoru olan DEFSA şirkətində pay alınması məsələsinin həlli üçün SOCAR-ın nümayəndə heyəti bu həftə Afinaya rəsmi səfər edəcək.

Fins.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində iki əsas məsələ müzakirə mövzusu olacaq - SOCAR-ın DESFA-dakı payı və qazpaylayıcı şirkətin qiymətləndirilməsi metodologiyası.

Mətbuat iddia edir ki, danışıqlar olduqca gərgin ab-havada keçəcək.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabrında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Petroleum" şirkəti arasında "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Ötən həftə isə Yunanıstanın energetika naziri Panos Skourltis DESFA-nın qiymətləndirmə metodologiyasına dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinə dəyişikliklərin olunmasını təklif edib. Qaz tarifləri ilə bağlı qanun layihəsinə dəyişiklik qüvvəyə minsə, bu, gələcəkdə SOCAR-ın gəlirliliyinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. P. Skourletis onu da qeyd edib ki, dəyişikliklər yerli qaz bazarının qorunması üçün vacibdir. Onun sözlərinə görə, bunlar Yunanıstan və Avropa qanunvericiliyinə tam uyğundur və özəlləşdirmə prosesi ilə heç bir əlaqəsi yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271