DÜNYA

Klinton ABŞ prezidentliyinə rəsmi namizəd oldu
27 İYUL
104

Klinton ABŞ prezidentliyinə rəsmi namizəd oldu

2016-07-27 10:57:00

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun  namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.  

Fins.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan  səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.  

Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun  səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.   

Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun  iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq. 

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272