DÜNYA

FED bu gün faiz açıqlaması verəcək
27 İYUL
969

FED bu gün faiz açıqlaması verəcək

2016-07-27 09:43:00

ABŞ Mərkəz Bankının (Fed) dünən başlamış toplantısı bu gün başa çatacaq.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Fed faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. Bazar gözləntisi faizin yuxarı tavanının 0,50%-də qalacağı istiqamətindədir. Həmçinin Fed-in pul siyasətini müəyyənləşdirən Açıq Bazar Komitəsinin açıqlaması yayılacaqdır.

İyul toplantısını qiymətləndirən mütəxəssislər, Fedin bu gün faiz artıracağını gözləmirlər, ancaq ilin qalan müddətində ən az bir dəfə faiz artırımı olacağını təxmin edirlər.

NÖVBƏTİ TOPLANTILARA İŞARƏ EDƏ BİLƏR

Fed-in sentyabr və ya dekabr yığıncaqlarında faiz artırımına getmə ehtimalına bağlı siqnalın bu günkü yığıncağın ardından ediləcək açıqlamada verilə biləcəyi gözlənilir. Faizlərin sentyabr və ya dekabrda 25 bənd artırılacağı təxmin edilir.

Digər mərkəz banklarının pul siyasətlərini yumuşaltdığı bir dövrdə Fed pul siyasətini sərtləşdirməyə çalışır. ABŞ dollarını gücləndirərək iqtisadiyyatdakı artıma mənfi təsir etməmək üçün Fedin bu il bir və ya iki faiz artırımı edəcəyi gözlənilir.

Fedin növbəti yığıncağı 20-21 Sentyabrda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272