DÜNYA

FED-in toplantısından gözlənilən 5 nəticə
26 İYUL
1116

FED-in toplantısından gözlənilən 5 nəticə

2016-07-26 12:19:00
FED-in bu gün və sabah gözlənilən toplantısı nəticəsində ortaya çıxa biləcək msələlərlə bağlı ekspertlər öz fikirlərini bölüşüblər:  
1 – Hərhansı faiz artımı baş verməsə belə mərkəzi bank bu ilin sentyabr ayında yenidən baş tutacaq toplantıya qədər yaxın bir zamanda baş verə biləcək faiz artımı barədə "siqnal" verə bilərlər.
 
2 – FED rəsmilərinin bu il ola biləcək faiz artımına gedib-getməyəcəklərinin təməlində  məşğulluq bazarının gücünə olan etibar dayanır. Bu əsnada, inflyasiya qiymətləndirilməsi ümumiyyətlə dəyişməyəcək.
 
3 – FED rəsmiləri maliyyə bazarlarında Brexit qərarının təsirlərini atmasının rahatlığını yaşayacaq. Avropa Birliyi (AB) ilə İngiltərə arasındakı əlaqələrdən qaynaqlanan qeyri-müəyyənliklər göz önündə saxlanılarsa, investorların reaksiyası çox rahat ola bilər.
 
4 – FED-in faiz artırımına yanaşması,  ABŞ səlahiyyətlilərinin məlumatlarına bağlı olacaq və qlobal iqtisadiyyatın üzləşdiyi vəziyyət də nəzərə alınacaq. Təbii ki, mərkəz bankçıları Sentyabr toplantısından əvvəl iki aylıq məşğulluq hesabatına da diqqət edəcəklər.
 
5 – FED-in noyabr ayında yeni rəhbər seçkisinə getməsi, qlobal siyasət və geosiyasi qeyri-müəyyənlik bu mərhələdə səlahiyyətliləri təsirli siyasi variantları nəzərdən keçirməkdən saxlayır. 
 
Böyük bir ehtimalla bütün bunların qısa müddətli bazar təsirləri yenidən qiymətləndiriləcək. Daha ümumi mənada maliyyə bazarlarda nə olacağı digər iki ünsürə bağlıdır: bu həftə açıqlanacaq gəlirlərin  gözləntiləri aşıb-aşmayacağı və daha qlobal mənada maliyyə bazarlarda likvidlik göstəriciləri.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275