DÜNYA

Türkiyədə hansı ölkənin nə qədər bank sərmayəsi var?
25 İYUL
369

Türkiyədə hansı ölkənin nə qədər bank sərmayəsi var?

2016-07-25 15:39:00
S&P Agentliyinin Türkiyənin kredit reytiqini salmasından sonra xarici bankların narahatlığı  artıb. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Mehmet  Şimşeyin açıqlamaları belə bu narahatlıqları azaltmağa yönəlmişdi. O, agentliyin tələsik qərar verdiyini deyərək, son hadisələrin ölkə iqtisadiyyatını sarsıtmayacağını, tez bir zamanda iqtisadi sabitliyin əldə olunacağını qeyd etmişdi.  
 
Qeyd edək ki, Türkiyədə ən yüksək bank sərmayələri olan ölkələr  Fransa və İngiltərədir. Fransız yatırımlarının həcmi 40 milyard dolları aşdığı halda, İngiltərə bank sərmayələri 24 milyard dollardır. Ən yüksık maliyyə əməliyyatlarının aparıldığı banklar isə UniCredit, BNP və HSBC-dir.
 
Məlumdur ki, İspaniyanın BBVA bankı Türkiyənin "Garanti" bankındakı  yüzdə 39,9-luq hissəsinin bazar dəyəri təxminən 4,9 milyard dollardır. Yəni, İspaniya bankının ümumi dəyərinin yüzdə 13-ü qədər. 
 
Sərmayəsini gücləndirməyə çalışan UniCredit-in Yapı Kredi-də payı olduğu da məlumdur. Türkiyədə fəaliyyətini davam etdirməyə qərar verən  HSBC, BNP və ING-nin vəziyyətləri daim diqqətdədir. 
 
Eyni zamanda, Rusiya Sberbankının sahibi olduğu "Denizbank"ı satmayacağı da açıqladı. 
 
Qeyd edək ki, BloombergHT-yə müsahibə verən S&P Global Ratings Agentliyinin Türkiyə üzrə eksperti Trevor Cullinan kredit reytinqinin salınmasına bir neçə səbəb göstərmişdi. Bu səbəblər sırasında Türkiyədə dövlət çevrilişinə cəhdlə yanaşı, bir ildə iki dəfə seçki keçirilməsi, Güneydoğudakı silahlı insidentlərin artması, Türkiyənin çox ciddi xarici borcunun olduğu da göstərilmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274