DÜNYA

"S
25 İYUL
65

"S&P 500" tarixində yeni maksimum

2016-07-25 11:15:00
Amerikanın fond indeksi  Standard & Poor's 500 tarixi maksimumunu yeniləyib. Onun siyahısındakı şirkətlərdən 1/4-nin nəticələri uğurlu olub.  Onlardan 82%-nın gəlirləri bazarın gözləntilərini ötüb.
Fins.az-ın Detroit News-a istinadən verdiyi xəbərə görə, bazar iştirakçıları Federal Rezerv sisteminin sabaha təyin olunan iclasını gözləyirlər.
Bu həftə daha 195 amerika korporasiyasının rüblük hesabatlarını açıqlayacaqları gözlənilir. 
Advanced Micro Devices (AMD) çipmeykerin kotirovkaları 11,9%  artıb. Şirkət  2014-cü ildən ilk dəfə məhz bu rübdə gəlir atımına nail olub və III rübdə daha çox gəlir əldə etməyi pronozlaşdırır.
Müsbət rüblük hesabatlılıq sayəsində American Airlines aviaşirkətinin kapitallaşması isə 4% artıb.
Visa Inc. şirkətinin qiymətli kağızları 1,4%, American Express Co. - 1,3%, Microsoft Corp. - 1,4% artıb.
Məişət texnikası istehsalçısı olan Whirlpool-un səhmləri isə düz 2,7% bahalaşıb. 
II rübdə gəlirlərinin azalmasına baxmayaraq, Chipotle Mexican Grill Inc.  şikətinin qiymətli kağızlarının kotirovkaları 5,8% artım nümayiş etdirib.
General Electric şirkətinin səhmlərinin qiyməti 1,6% azalıb. Buna səbəb kimi sifarişlərin 2% azalması göstərilir.
Həmçinin Honeywell-in qiymətli kağızlarının 2,6% ucuzlaşması qeydə alınıb. Bunun da səbəbi gəlilərin konsensus-proqnozlara  qədər çatmamağı qeyd olunur.
Dow Jones Industrial Average indeksi isə 53,62 punkt qalxaraq (0,29%) 1870,85 punkt olub.
Standard & Poor's 500 9,86 punkt qalxaraq (0,46%) - 2175,03 punkta çatıb.
Nasdaq Composite 26,26 punkt artıb (0,52%) və 5100,16 punkt olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272