DÜNYA

Münhendə silahlı insident: 10 ölü, 21 yaralı
23 İYUL
250

Münhendə silahlı insident: 10 ölü, 21 yaralı

2016-07-23 10:15:00

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların isə 21-ə çatıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, onlardan bəziləri ağır, digərləri isə yüngül xəsarət alıblar. Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib. Onun sonradan özünə qəsd etdiyi bildirilir. Xatırladaq ki, iyulun 22-də Münhendə naməlum silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.

 

KİMLİYİ MƏLUM OLUB

Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub. Bu barədə Münhen polisinin rəisi Hubertus Andre bildirib.

Məlumata görə, cinayəti törətməkdə 18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir. Onun intihar etdiyi ehtimal olunur. “Ölən və xəsarət alanlar arasında uşaq və yeniyetmələr də var. Xəsarət alanlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin terror aktı olduğu məlum deyil”, deyə H.Andre bildirib.

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272