DÜNYA

Türk banklarının da kredit reytinqini endirildi
22 İYUL
256

Türk banklarının da kredit reytinqini endirildi

2016-07-22 19:00:00

“Standart & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini aşağı saldıqdan sonra bu ölkənin banklarının da reytinqini “BB+” səviyyəsindən “BB”yə endirib. 

Fins.az xəbər verir ki, kredit reytinqi endirilən banklar – “İş Bankası”, “Vakıflar Bankası”, “Yapı ve Kredi Bankası”, “Garanti Bankası” və “Garanti Finansal Kiralama”dır. Agentliyin şərhində Türkiyədəki qeyri-müəyyənliyin artmasının proqnozlaşdırıldığı qeyd edilib və bu inamsızlığın sərmayə qoyuluşlarını məhdudlaşdıracağı bildirilib.

Qeyd edək ki, “Standart & Poor's” ötən günlərdə Türkiyənin kredit reytinqini “BB+” səviyyəsindən “BB”yə endirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271