DÜNYA

Burger King və McDonald`s arasında pokemon dueli
22 İYUL
316

Burger King və McDonald`s arasında pokemon dueli

2016-07-22 14:06:00
"Burger King" fast-food şəbəkəsinin baş direktoru Dmitri Medovoy ən böyük  rəqibi sayılan McDonald's-ın Rusiyadakı başçısı Həmzət Hazbulatova Pokemon Go üzrə yoldaşlıq oyunu təklif etdi.
 
Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, uduzan tərəf rəqib restoranında bir gün boyunca qadın paltarında işləməlidir.    
Deyilənə görə, D.Medovoy artıq məşqlərə başlayıb. Şirkət bununla əlaqədar Pokemon Go oyunu üçün ona xüsusi məşqçi çağırıb. 
Halbu ki, McDonald's-ın rəhbərliyindən hələ duelin qəbul edilməsi ilə bağlı heç bir xəbər yoxdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272