DÜNYA

Rusiyada dollar bahalaşmaqdadır
21 İYUL
486

Rusiyada dollar bahalaşmaqdadır

2016-07-21 18:25:00

Rusiyada dolar bahalaşmağa davam edir İki gün ərzində dolların rus rubluna qarşı olan məzənnəsi 69,2 rubldan (çərşənbə axşamı) 63,9050 rubladək (cümə axşamı) yüksəlib. Rusiyalı analitiklər bildirir ki, rublun dollar qarşısında tədricən ucuzlaşması Rusiya hökumətinin istəyi ilə baş verir. Belə ki, bir qədər əvvəl prezident Vladimir Putin baş nazir Dimitri Medvedyevlə görüşündə rublun həddən artıq bahalaşmasından narahatlığını bildirərək bu prosesin qarşısını almağı tapşırmışdı.Məsələ bundadır ki, güclü rubl Rusiya məhsullarının rəqabət qabiliyyətini aşağı salır. Nəticədə son günlər Mərkəzi Bank rublun məzənnəsini dollar qarşısında tədricən azaltmağa başlayıb. Bu məqsədlə Rusiya Mərkəzi Bankı bazara böyük həcmdə – 450 milyard rubl kütləsi buraxıb. Nəticədə rublun məzənnəsi bir qədər azalıb və dollar rubl qarşısında bahalaşıb. Analitiklərin proqnozlarına görə bu proses davam edəcək. Və neftin stabil qiymətlərinə baxmayaraq rublun hələ 4-8% ucuzlaşacağı ehtimalı da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275