DÜNYA

Bu ölkələrdə xarici valyuta daha cox istifadə olunur – SİYAHI
21 İYUL
239

Bu ölkələrdə xarici valyuta daha cox istifadə olunur – SİYAHI

2016-07-21 09:32:00

Hər hansı bir ölkənin şəxsi milli valyutası onun sahib olduğu qanunlar, vergi toplama sistemi, gömrük xidməti kimi onun suverenlik formasıdır. Lakin bununla yanaşı, dünyada elə ölkələr var ki, burada milli valyuta ilə yanaşı digər ölkələrin də valyutaları fəal şəkildə istifadə olunur. Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu ölkələr isə aşağıdakılardır:

 Panama

XX əsrin əvvəlində Panama Kolumbiyadan ayrıldıqdan sonra balbao adlı milli valyutasını yaratdı. Lakin bu valyuta ölkənin vahid ödəniş vasitəsinə çevrilmədi. Məsələ ondadır ki, 1903-cü ildə azadlıq əldə edən Panama rəhbərliyi ABŞ-la müqavilə imzalayır. Bu müqaviləyə əsasən, ABŞ 10 milyon dollar qarşılığında kanala nəzarət hüququ əldə edir. Panama hökuməti isə ildə 250 min dollar icarə haqqı qazanır. Vaşinqton tərəfindən Panama kanalına nəzarət 1999-cu ilə qədər davam etsə də, dollar ölkənin əsas valyutası olaraq qalmaqdadır. 1 balbao isə 1 dollara bərabərdir.

Yeri gəlmişkən, qeyd edək ki, Panama qanunvericiliyi dövlət rəhbərliyinə pul emissiyasını qadağan edir ki, bu da ölkə vətəndaşlarını inflyasiya risklərindən qoruyur.

Sinqapur

Ölkənin milli valyutası sinqapur dollarıdır. Lakin Asiyanın “Nyu-York”-unda başqa valyuta ilə də ödəniş etmək mümkündür. Sinqapur 1963-cü ildə Malay Federasiyasına, bunun ardınca isə Malayziya və Bruney ilə pul ittifaqına daxil olur. Ölkə 1965-ci ildə yenidən müstəqillik əldə edir, cəmi iki ildən sonra dövlətin şəxsi valyutası yaradılır, lakin valyutaların paralel olaraq dövriyyədə olması saxlanılır. Sinqapur ərazisində Bruney dolları, Bruneydə isə Sinqapur dolları ilə ödəniş etmək mümkündür.

 Abxaziya

1993-cü ildə Abxaziya Ali şurası Gürcüstanın tərkibindən çıxdığını elan edir və bunun ardınca Abxaziyanın müstəqillik qazanması ilə yekunlaşan müharibə başlayır. 2008-ci ildə Rusiya rəsmi olaraq Abxaziyanı tanıyır və onunla diplomatik əlaqələr qurur. Ölkənin milli valyutası apsar adlanır və bu valyuta hazırda gündəlik dövriyyədə demək olar ki, istifadə edilmir. Bunun əvəzində isə ölkənin hər yerində rəsmi valyutaya çevrilən rus rublu qəbul edilir.

Namibiya

1990-cı illərin əvvəlində Namibiya müstəqillik qazanmaq ilə yanaşı öz milli valyutası olan Namibiya dollarını da yaratdı. Ölkənin ikinci rəsmi valyutası isə Cənubi Afrika rend-idir. Bu valyuta isə Namibiya dollarının məzənnəsinə bağlıdır. Rend – CAR-nın milli valyutası olmaqla sərbəst şəkildə konvertasiya edilən valyutadır.

Kuka adaları

Kuka adaları dünyanın ən məşhur ofşor zonalarından biridir. Əvvəllər adalar Britaniya imperiyasının nəzarəti altında idi. Keçən əsrin əvvəlində isə Yeni Zellandiyaya verildi. 1960-cı ildə antimüstəmləkə hərəkatı nəticəsində ada dövlət daxili özünüidarəetmə hüququ qazandı. Kuka adaları ərazisində iki valyuta ilə ödəniş etmək mümkündür: Yeni Zellandiya dolları və Kuka adaları dolları. Bu valyutalar isə 1:1 nisbətindədirlər. Bu sistem dövlət üçün çox rahatdır. Çünki dövlətin kurortlarına əsas olaraq Yeni Zellandiyadan turistlər gəlir. Bir faktı qeyd edək ki, turizm ölkənin ÜDM həcminin 80%-ni təşkil edir.

Kiribati

Kuka adaları ilə yanaşı daha bir kiçik ada dövləti olan Kiribati respublikası yerləşir. Bu ərazilər ilk dəfə britaniyalı və amerikalı gəmilər tərəfindən kəşf edilib. 1979-cu ildə Kiribati Böyük Britaniyadan müstəqillik əldə edir. Bu andan etibarən yerli əhali və turistlər Avstraliya dolları ilə yanaşı, Kiribati dolları ilə də ödəniş etmək imkanı əldə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274