DÜNYA

Türkiyənin reytinqini aşağı salındı – LİRƏ ÇÖKDÜ
21 İYUL
1465

Türkiyənin reytinqini aşağı salındı – LİRƏ ÇÖKDÜ

2016-07-21 01:56:00

Beynəlxalq reytinq agentliyi «Standard & Poor's» iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin kredit reytinqini aşağı salıb. Fins.az xəbər verir ki, qurum Türkiyə üzrə göstəricini “BB+” səviyyəsindən “BB”yə endirib.
Agentliyin məlumatına görə, Reytinqlə bağlı proqnoz mənfiyə endirilib ki, bu da onun sonradan yenə aşağı endiriləcəyini istisna etmir.
«Standard & Poor's»un analitikləri qeyd edir ki, dövlət çevrilişi üçün uğursuz cəhddən sonra Türkiyənin siyasi landşaftında kəskin qütbləşmə baş verib. Ölkədə qüvvələrin güc balansı isə pozulub.
"Türkiyənin büdcə, borc və iqtisadi göstəriciləri pisləşməkdə davam edə bilər. Çünki siyasi qeyri-sabitlik investisiya mühitinə zərər vura bilər, bu isə öz növbəsində tədiyyə balansı ilə bağlı vəziyyəti pisləşdirəcək ", - deyə agentliyin məlumatında bildirilir.

Eləcə də bax: Dollar 3,30 lirə ola bilər

Qeyd edək ki, turist axınının azalması nəticəsində 10 illiklər ərzində ilk dəfə olaraq 2016-i ildə Türkiyənin qazandığı valyuta itirdiyindən az olub. Başqa sözlə, cari əməliyyatlar balansının saldosu mənfiyə düşüb.
Üstəlik, «Standard & Poor's» xatırladır ki, qarşıdakı 12 ay ərzində Türkiyə hökuməti 170 milyard dollarlıq borcu yenidən maliyyələşdirməlidir. Bu ölkənin əlçatan valyuta ehtiyatlarından 5 dəfə artıqdır və ölkə ÜDM-nin təqribən dörddə biri qədərdir.
Yeganə müsbət cəhət olur ki, bu borcların üçdə ikisi mili valyuta- türk lirəsindədir və əvvəlcədən müəyyən edilmiş məzənnə ilə verilib.
Yeri gəlmişkən, «Standard & Poor's»un Türkiyənin reytinqini azaltması fonunda türk lirəsi çöküb. Qısa müddətdə lirənin məzənnəsi dollar qarşısında tarixində ən aşağı həddə düşüb – 1 dollar üçün 3,0613 lirə. Sonradan lirə daha da ucuzlaşaraq dollar qarşısında 3,09 lirəyə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275