DÜNYA

Türkiyədə 3 aylıq fövqəladə vəziyyət - ELAN EDİLDİ
21 İYUL
747

Türkiyədə 3 aylıq fövqəladə vəziyyət - ELAN EDİLDİ

2016-07-21 00:42:00

Türkiyədə 3 ay fövqəladə vəziyyət elan edilib.

Fins.az xəbər verir ki, bu barədə iyulun 20-də Türkiyə Nazirlər Kabinetinin toplantısıından sonra verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə Prezidenti qeyd edib ki, fövqəladə vəziyyət hüquq və azadlıqları məhdudlaşdırmaq üçün deyil, onları qorumaq üçün elan edilib.

Fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətlərinin artacağını, təhlükəsizlik qüvvələrinin onların təlimatı ilə hərəkət edəcəyini vurğulayan Türkiyə dövlətinin başçısı deyib: “Türkiyə Silahlı Qüvvələri hökumətin əmrindədir və Baş Komandan olaraq əsgərlərimizlə birlikdə Silahlı Qüvvələrimizin içərisindəki bütün virusları təmizləyəcəyik”.

Eləcə də bax: Türkiyədə bütün hərbi prokuror və hakimlər işdən uzaqlaşdırılıb

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilməsi barədə qərar qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274