DÜNYA

Türkiyədə alimlərin xaricə çıxışı qadağan olundu
20 İYUL
289

Türkiyədə alimlərin xaricə çıxışı qadağan olundu

2016-07-20 16:32:00

Türkiyə Ali Təhsil Şurası ali məktəblərin professor və müəllimlərinə xaricə səfər etməyi qadağan edib. Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şura ali məktəblərin rektorlarını vəziyyəti dərhal öyrənərək, akademik və inzibati işçi heyətinin Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqələrini yoxlamağa çağırıb.

“Anadolu” agentliyinin qeyd etdiyi kimi, hesabatları avqustun 5-dək hazırlamaq lazımdır. Bundan başqa, Şura xaricə olan bütün ali məktəb müəllimlərini qısa zamanda vətənə qayıtmağa Türkiyənin Təhsil üzrə Ali şurası alimlərinə növbəti xəbərdarlığa qədər ölkə sərhədlərini tərk etməyi qadağan edib. Əmr iyulun 20-dəTtəhsil üzrə Ali şuranın Türkiyə universitetlərində çalışan 1577 professor və dosentini işdən azad etdikdən sonra qüvvəyə minib. Qeyd edək ki, indi Türkiyədə 193 universitet fəaliyyət göstərib. Bu elm ocaqlarında 150 min 886 alim çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274