DÜNYA

Türkiyədə işsiz qalan və tutulanlar nə qədərdir?
20 İYUL
505

Türkiyədə işsiz qalan və tutulanlar nə qədərdir?

2016-07-20 12:39:00
Türkiyədə baş verən hadisədən sonra ən azı 45 min nəfər saxlanılıb ya da işdən azad olunub.  Onların arasında, hərbçilər və polis işçiləri ilə yanaşı, başqa türk hökumətinin prezidenti Rəcəp Təyyip Ərdoğana qeyri-loyallıqda ittiham olan müəllimlər, universitet dekanları, jurnalistlər də var. 
 
Fins.Az məlum olan statistikaya əsasən bildirir ki, iyulun 16-dan bu günə qədər 15 min müəllim, 1500 dekan, 9 minə yaxın daxili işlər orqanlarının əməkdaşları, maliyyə nazirliyinin 1500 işçisi, baş nazirin ofisinin 250 əməkdaşı işdən qovulublar. 
 
Həmçinin 6 minə yaxın hərbi qulluqçu, 9 min polis və 3 min məhkəmə hakimi barəsində həbs qətimkan tədbiri seçilib. Hökümətin açıqlamasına görə, onlar Fətullah Gülənin tərəfdaşları hesab olunurlar. Qeyd edək ki, Fətullah Gülən Ankarada çevrilişə cəhdin təşkilatçısı kimi  suçlandırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272