DÜNYA

Türkiyədə təhsil sistemindən 15 mindən çox insan qovuldu
19 İYUL
279

Türkiyədə təhsil sistemindən 15 mindən çox insan qovuldu

2016-07-19 18:25:00
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanmış təmizləmə əməliyyatının miqyası getdikdə böyüyür. Fins.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Milli Təhsil Nazirliyi sistemindən 15 mindən çox insan qovulub. "Nazirliyimizin mərkəzi aparatı və bölgə təşkilatlarında çalışan, FETÖ ilə əlaqəli şəxslərlə bağlı genişmiqyaslı araşdırma aparılır. Bu gün etibarilə 15 min 200-dən çox dövlət personalı işdən kənarlaşdırılıb. Bu şəxslər haqqında təhqiqata başlanıb", - deyə nazirliyin açıqlamasında bildirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272