DÜNYA

Türkiyənin kredit reytinqinə yenidən baxılacaq
19 İYUL
167

Türkiyənin kredit reytinqinə yenidən baxılacaq

2016-07-19 10:12:00

Moody`s Agentliyi Türkiyənin kredit reytinqinin yenidən baxacaq. Agentliyin ölkə reytinqini aşağı salması gözlənilir. Bu haqqda Fins.az The Wall Street Journalına istinadən xəbər verir.

Beləliklə, Moody’s ölkənin siyasi  və effektivlik parametrləri üzrə zəifləməsini təhlil edəcək.

Hazırda Türkiyyə Moody's şkalasında Baa3 reytinqinə malikdir. 2014-ci ilin aprelində Agentlik Türkiyənin kredit reytinqini stabildən neqativə çevirmişdi.

Hərbi çevrilişin nəticələri ilə bağlı Standard & Poor's Agentliyinin də yaxın vaxtlarda qiymətləndirməsi gözlənilir. Bu ilin mayında Agentlik ölkə iqtisadiyyatı üzrə proqnozlarını neqativdən BB+ stabil reytinqinə qaldırmışdı. Və onun dayanıqlı vəziyyətini xüsüsilə qeyd etmişdi.

Fitch isə öz növbəsində dünən Türkiyənin kredit ödəmə qabiliyyəti üçün siyasi risklərin olduğunu qeyd etsə də, ölkənin reytinqini dəyişmədi. Agentlik tərəfindən Türkiyənin reytinqini yenidən qiymətləndirməsi avqustun 19-na planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272