DÜNYA

Qazaxıstanda həlak olanların sayı artır
18 İYUL
1019

Qazaxıstanda həlak olanların sayı artır

2016-07-18 14:34:00
Qazaxıstan polisi Almatıda güc strukturlarının binalarına hücum zamanı ölənlərin sayını dəqiqləşdirib. Fins.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, atışma nəticəsində yeddi nəfər həlak olub. 

Eləcə də bax: Almatada atışma: Ölkədə qarşıdurma yarandı

Hüquq-mühafizə orqanları ölənlərdən ikisinin şəxsiyyətinin müəyyənləşdirə bilməyiblər. Xatırladaq ki, atışma Almatanın bir neçə rayonlarında baş verib. Cinayətdə təqsirli bilinən bir nəfər artıq saxlanılıb. Şəhərdə antiterror əməliyyatı həyata keçirilir. 
 
Polisdən həmçinin bildirilib ki, şəhərdə “qırmızı” hədd – ən yüksək terror təhlükəsi tətbiq edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, bütün hücumların obyekti polis bölmələri olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270