DÜNYA

Almatada atışma: Ölkədə qarşıdurma yarandı
18 İYUL
401

Almatada atışma: Ölkədə qarşıdurma yarandı

2016-07-18 12:07:00
Almatada polis bölməsinə hücum nəticəsində ən azı bir polis əməkdaşı həlak olub.
 
Bu haqda Fins.az Rusiya KİV-lərinə istinadla xəbər verir.                                                 
Məlumata görə, hücumçular bir neçə nəfər olub. Atışma Almatanın bəzi rayonlarında baş verib. Cinayətdə təqsirli bilinən bir nəfər artıq saxlanılıb. Şəhərdə antiterror əməliyyatı həyata keçirilir.
Polisdən həmçinin bildirilib ki, şəhərdə “qırmızı” hədd – ən yüksək terror təhlükəsi tətbiq edilib. Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, bütün hücumların obyekti polis bölmələri olub. 
 
Həmçinin tibb məntəqələrinə istinadla bildirilir ki, xəstəxanalara beş yaralı yerləşdirilib.
 
Xəsarət alanlar haqda daha ətraflı məlumatlar dəqiqləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275