DÜNYA

Abdulla Gül və Əhməd Davudoğludan çevrilişə - MÜNASİBƏT
16 İYUL
1901

Abdulla Gül və Əhməd Davudoğludan çevrilişə - MÜNASİBƏT

2016-07-16 02:42:00

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül hərbi çevriliş haqda fikirlərini bildirib.

Fins.az xəbər verir ki, CNN Türk-ün efirindəki emosional çıxışı zamanı sabiq dövlət başçısı bunları deyib:
“Türkiyə bir latın və ya Afrika ölkəsi deyil. Bu, bir sınaq günüdür. Küçələrə çıxan əsgərlərə bunu demək istəyirəm- Onların düz 7 il prezidenti olmuşam. Yanlış içində olanlar, millətlə, xalqla qarşı-qarşıya gəlməsinlər. Türkiyə xaos içinə girməsin. Yaralı, ölü olmasın. Xalqıma da, vətəndaşıma da xatırladıram ki, bu gün demokratiyaya sahib çıxmaq günüdür. Türkiyə təkrar demokratiyanı yaradacaq, buna inancım tamdır”.


Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu da ölkəsindəki hərbi çevrilişə münasibət bildirib:
“Əziz millətim, 1 noyabr seçkilərində özünü göstərən milli iradənizə sahib çıxacağımızdan şübhəniz olmasın.
Bu ölkədə seçilmiş prezident və parlamentə sahib çıxmaq hər kəsin ortaq vəzifəsidir.
Milli iradəyə sonuna qədər sahib çıxacağıq. Müasir hüquq dövləti zərbələrlə deyil demokratiya və milli iradə ilə qorunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275