DÜNYA

Türkiyə hökuməti hərbi çevrilişə güclə cavab verəcək – BAŞ NAZİR
16 İYUL
448

Türkiyə hökuməti hərbi çevrilişə güclə cavab verəcək – BAŞ NAZİR

2016-07-16 01:24:00

Türkiyə hökuməti hərbi çevrilişə güclə cavab vermək niyyətindədir. Fins.az-ın məlumatına görə, bu barədə Hurriyet qəzeti baş nazir Binəli Yıldırıma istinadən məlumat yayıb.
«Biz bunu çevriliş yox, qiyam adlandıra bilərik. Təhlükəsizlik qüvvələri fəaliyyətə, o cümlədən güc tətbiq etməyə hazırdır. Bütün qiyamçılar sərt cəzalanacaqlar»-deyə baş nazir bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hülusi Akarın girov götürüldüyü bildirilir, bununla yanaşı, hərbçilər dövlət televiziyası olan TRT-nin binasını tutub və çevriliş bəyanatını yayıblar.
Türkiyə paytaxtında atışma səsləri eşidilir, eləcə də hərbçilər Bosfor boğazı üzərindəki körpünü tutublar və Ankara polisini tərksilah etməyə çalışırlar. Ankara üzərindən hərbi helikopterlər və təyyarələr uçur.
İstanbulda isə tanklar aeroport yolunu kəsiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272