DÜNYA

Bu ölkələrdə "Coca-Cola"-nın satışları azalıb
14 İYUL
296

Bu ölkələrdə "Coca-Cola"-nın satışları azalıb

2016-07-14 12:45:00

Coca-Cola İçecek A.Ş.-nin Azərbaycan və Orta Asiyada satışları azalıb.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, Pakistan xaric, Orta Asiyada satış həcmi 2016-nın 1-ci yarısında 16,8% azalıb. İlin ilk yarısında, xüsusilə Qazaxıstanda satışlar 14,8% azalıb. Coca-Cola İçecek A.Ş-dən bildirib ki, satışlar valyutaların  devalvasiyalarına bağlı olaraq azalıb.

Şirkətin Pakistanda satış həcmi 2016-nın ilk yarısında 22,6% artıb.

Coca-Cola-nın Orta Şərqdə satış həcmi isə 2016-ci ilin ilk yarısında 3,8% geriləyib.

Coca Cola İçecek-in 2016-ci ilin ilk yarısındakı ümumi satış həcmi 3,6% artımla 582 milyon vahid kassa olub. Ümumi satış həcminin 50%-ini Türkiyə əməliyyatları yaradıb.

Coca-Cola sistemində satış həcminə görə beşinci yeri tutan Coca-Cola İçecek A.Ş., The (CCİ) The Coca-Cola Company (TCCC) markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsal və satışını həyata keçirir. CCİ - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275