DÜNYA

Fransa iqtisadiyyatın həcminə görə Britaniyanı üstələyib
12 İYUL
209

Fransa iqtisadiyyatın həcminə görə Britaniyanı üstələyib

2016-07-12 15:46:00

Fransa Böyük Britaniyanın Aİ-dan çıxmasından sonra dünyanın ən güclü iqtisadiyyatları reytinqində onu 5-ci yerdən sıxışdırıb çıxarıb. Fins.az-ın məlukmatına görə, bunu Reuters agentliyi özünün hesablarına əsasən bildirib. 

Yerdəyişməyə Böyük Britaniyanın Aİ-dan çıxmasından sonra funt sterlinqin məzənnəsinin zəifləməsi səbəb olub. Beynəlxalq Valyuta Fondu (BVF) ötən il üçün B.Britaniyanın ÜDM-nu 1,864 trilyon funt sterlinq səviyyəsində qiymətləndirmişdi. Reuters agentliyi qeyd edir ki, valyutaların mübadilə məzənnəsi dəyişdiyinə, o cümlədən funt- sterlinq ucuzlaşdığına görə, Fransa iqtisadiyyatının həcminə görə, Britaniyanı yenidən keçərək dünyanın ən böyük 5-ci iqtisadiyyatı titulunu özünə qaytarıb. 

Ötən axşam funtun məzənnəsi 2013-cü ildən bəri ilk dəfə 1,17 avrodan aşağı düşüb. Bu, o deməkdir ki, 2015-ci ildə Britaniyanın ÜDM-i 2,172 trilyon avroya ekvivalent idi, bu isə Fransanın rəsmi ÜDM-dən (2,182 trilyon avro) aşağıdır. 

Əvvəllər də ölkələr iqtisadiyyatlarına görə yerlərini dəyişirdilər. 1997-ci ildə B.Britaniya bu göstəriciyə görə Fransanı keçmişdi, lakin 2008-ci ilin maliyyə böhranı funtun dəyər itiməsinə və 5-ci yeri itirməsinə səbəb olmuşdu, bu yerə onlar yalnız 2014-cü ildə yenidən qalxdılar. Hazırda dünyanın ən nəhəng iqtisadiyyatları reytinqinə ABŞ başçılıq edir. İkinci yerdə Çin, üçüncü yerdə Yaponiya, dördüncü yerdə isə Almaniyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274