DÜNYA

Ac insanlar Kolumbiyaya keçdi
12 İYUL
157

Ac insanlar Kolumbiyaya keçdi

2016-07-12 11:55:00

Venesuelada qida axtaran minlərlə ac sakin Kolumbiyaya keçib.

Fins.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. Bildirilir ki, iyunun 10-da Kolumbiya ilə Venesuela hökuməti arasındakı keçid məntəqəsi açılıb və 14 saat ərzində 35 minə yaxın venesuelalı sərhəddi keçib.

Məlumata görə, Kukuta şəhərinə üz tutan ac sakinlər Venesulada baha qiymətə olan, böyük çatışmazlıq yaşanan düyü, bitki yağı və qarğıdalı unu alıblar. Məsələdən narahat olan Kolumbiya məmurlar isə bildirir ki, Venesuela hakimiyyəti ərzaq böhranı ilə bacarmadığı təqdirdə ölkənin əhalisi qaçqın kimi Kolumbiyaya axın edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272