DÜNYA

Türkiyə Rusiya ilə barışığından nə qədər qazanacaq?
12 İYUL
226

Türkiyə Rusiya ilə barışığından nə qədər qazanacaq?

2016-07-12 10:13:00

Rusiya ilə münasibətlərin normallaşmasından Türkiyə iqtisadiyyatının qazancı məlum olub.Fins.az-ın məlumatına görə,  “Ata Yatırım” bununla bağlı Geopolitik Risk hesabatını açıqlayıb. Hesabata görə, xüsusilə də turizmlə bağlı tətbiq edilən sanksiyaların aradan qaldırılması ilə Türkiyə Rusiya bazarındakı əvvəlki payına yenidən sahib olacaq.  Belə ki,Türkiyənin Almaniyadan sonra ən böyük ticarət  ortağı Rusiya idi. İki ölkə arasında siyasi münasibətlərin normallaşması Türkiyə iqtisadiyyatına  yenidən ciddi fayda verəcək. 2015-ci ildə iqtisadi əlaqələrin zəifləməsindən sonra Türkiyə Rusiya ilə iqtisadi münasibətlərdən 4,5-5 milyard dollar gəlir əldə edəcək.Ümumilikdə iqtisadi əlaqələrin bərpa olunması Türkiyənin ticarət və turizm sektoruna növbəti 2 ildə 10 milyard dollar qazandıracaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275