DÜNYA

Yarım milyard dollarlıq - CEKPOT UDULDU
09 İYUL
850

Yarım milyard dollarlıq - CEKPOT UDULDU

2016-07-09 14:40:00

İyulun 8-də ABŞ-ın lotereya tarixində 7-ci ən böyük cekpotu udulub.

Fins.az CNN-ə istinadla xəbər verir ki, lotereyanın məbləğı 540 milyon dollar olub. “Mega Millions” lotereyasının təşkilatçıları uduş biletinin sahibinin İndiana ştatında yaşadığını, lakin onun kimliyinin hələ məlum olmadığını bildiriblər.

Eləcə də bax: Azərbaycanda 255 min manatlıq uduş sahibini gözləyir

Uğurlu biletin sahibi 30 gün ərzində udduğu məbləğin hamısını nağd şəkildə götürsə, vergilər tutulduqdan sonra ona 380 milyon dollar ödəniləcək.

Xatırladaq ki, bu, 2016-cı ildə ABŞ-da udulan ən böyük 3-cü cekpotdur. Yanvarda və martda da Birləşmiş Ştatların tarixində ilk onluğa düşən 2 cekpot udulub (Azetag).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274