DÜNYA

Bu ölkədə 40 aydır ki, qiymətlər ucuzlaşır
09 İYUL
622

Bu ölkədə 40 aydır ki, qiymətlər ucuzlaşır

2016-07-09 11:02:00

Yunanıstanda İstehlakçı Qiymətləri İndeksi (İQİ) İyun ayında keçən ilin eyni ayı ilə müqayisədə 0,7 faiz azalıb. Bu göstərici ilə birlikdə Yunanıstan 40 aydır deflyasiyadan çıxmır.

Yunanıstan Statistika Qurumunun (ELSTAT) məlumatlarına görə, İyun ayında İQİ-də ən əhəmiyyətli azalma 4,7 faiz ilə nəqliyyatda və 4,4% ilə əmlak sektorunda baş verib.

Bundan başqa, uzunömürülü istehlak mallarında 1,2 faiz, geyim və ayaqqabıda 0,6 faiz, əyləncə, mədəniyyət və təhsildə isə 1,3 faiz azalma görülüb. Beləliklə, İyun 2016-da İQİ, keçən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz geriləyib, keçən aya nisbətən isə 0,8 faiz artmışdır.

Digər tərəfdən, ən əhəmiyyətli yüksəliş 3,2 faiz ilə otel, kafe və restoran qrupunda görülüb, səhiyyə xərclərində 2,8 faiz, spirtli içkilər və tütün qrupunda 1,4 faiz, rabitədə 0,8 faiz, yeyinti və alkoqolsuz içkilərin qiymətlərində 0,3% artım baş verib.

Yunanıstan hökuməti kəmər sıxma siyasəti çərçivəsində, İyun ayından etibarən 1 bənd artıma gedərək əlavə dəyər vergisini 24% çıxarmışdı.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272